AZENG

TEST ETMƏ

Yarışma müddətində Test

Yarışma müddətində test idman tədbirləri zamanı keçirilir. Seçim təsadüfi yaxud xüsusi səbəbdən irəli gələn məqsədli ola bilər. Yarışmada iştirak etməmiş idmançılar, məsələn, ehtiyat oyunçular yaxud yarışmalara cəlb olunmayanlar da dopinq nəzarətindən keçirilə bilərlər.

AMADA ÜADA-nın Test Keçirmə və Təhqiqatlar üzrə Beynəlxalq Standartına müvafiq olaraq Milli Test Proqramını idarə edir. Milli Test Proqramı üzrə həm sidik, həm də qan testi keçirilir. Test yarışma müddətində yaxud yarışmadan kənar müddətdə keçirilə bilər.

Yarışma müddətində Test Keçirmə “Yarışma müddəti” İdmançının iştirakı planlaşdırılmış Yarışmadan (12) on iki saat əvvəl başlayan və sözügedən Yarışmanın sonuna qədər davam edən müddət və belə Yarışma ilə əlaqədar Nümunə toplanması prosesidir”. Yarışma müddətində Test Keçirmə idmançının həmin gün yarışmağı bitirdikdən sonra baş tutur.