AZENG
14 July 2025

Baş mühasib

Vakansiya: Baş Mühasib

Əsas vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun “Mühasibat uçotu haqqında” Qanuna və digər normativ hüquqi aktlara uyğun şəkildə təşkili və idarə olunması;
  • Maliyyə əməliyyatlarının ilkin sənədlər əsasında analitik və sintetik uçotunun aparılması;
  • İllik və dövri maliyyə hesabatlarının hazırlanması və təqdim olunması (maliyyə, vergi, sosial sığorta, donor və s.);
  • Xərclər smetasının və məhsul, iş və xidmətlərin maya dəyərinin hazırlanması;
  • Əməkhaqqı, məzuniyyət, işdən çıxma və digər ödənişlərin hesablanması və sənədləşdirilməsi;
  • İnventarizasiyanın təşkili və nəticələrinin uçotla uyğunlaşdırılması;
  • Mühasibat sənədlərinin dövriyyəsi və arxivləşdirilməsinə nəzarət;
  • Dövlət büdcəsindən ayrılan vəsaitlərin və digər maliyyə mənbələrinin təyinatı üzrə istifadəsini təmin etmək;
  • Daxili və xarici audit yoxlamalarına hazırlıq və cavabdehlik;
  • Xarici donorlar və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində hesabatların hazırlanması;
  • Mühasibat uçotu sistemlərinin səmərəli təşkili və müvafiq proqram təminatı (1C, ERP və s.) ilə iş bacarığı.

Tələblər:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil;
  • Minimum 5 il mühasibatlıq sahəsində iş təcrübəsi, o cümlədən son 2 il ərzində rəhbər vəzifədə çalışmaq;
  • Peşəkar Mühasib Sertifikatı (PM);
  • Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini dərindən bilmək;
  • Şəffaflıq və hesabatlılıq sahəsində bilik və bacarıqlar;
  • IFRS və donor hesabatlılığı sahəsində təcrübə.

Üstünlük veriləcək namizədlərə:

  • ACCA, CIPA və ya digər beynəlxalq mühasibatlıq sertifikatlarına malik olanlara;
  • Dövlət və ya donor layihələri təcrübəsi olanlara;
  • İngilis dili bilikləri (yazılı hesabat və yazışma səviyyəsində).

E-poçtun mövzu hissəsində “Baş mühasib” qeyd edilməsi mütləqdir.

Tələblərə uyğun namizədlər məlumatlarını (CV) cv@amada.az e-poçtuna göndərə bilərlər.

// JavaScript to handle gallery functionality