Biz antidopinq cəmiyyəti üçün güclü və səmərəli təsirə malik tərəfdaş olmağı hədəfləyirik:
- Dünyada uyğunluğu və hesabatlılığı təmin etmək üçün aparıcı antidopinq və idman təşkilatları ilə əməkdaşlıq etmək;
- Mövcud və yeni qlobal antidopinq proqramlarının və tərəfdaşlığın təşviqi;
- İdmanın dəyərini və dürüstlüyünü inkişaf etdirən təşkilatlarla strateji tərəfdaş olmaq;
- Şəffaf antidopinq proqramlarının təşviq etmək.
Azərbaycanın nümayəndə heyəti
Avropa Şurası - Direktor Şəfəq Hüseynli
- Avropa Şurası Antidopinq Konvensiyasının Monitorinq Qrupu,
- Avropa Şurasının Ümudünya Antidopinq Agentliyi üzrə Xüsusi Avropa Komitəsi.
YUNESKO - Direktor Şəfəq Hüseynli
- YUNESKO-nun İdmanda dopinqə qarşı mübarizə haqqında Beynəlxalq Konvensiyası üzrə Tərəflərin Konfransı.
AMADA-nın işçi heyətinin ekspert qismində tanındığı və onların seçildiyi vəzifələr
Avropa Şurası
Direktor Şəfəq Hüseynli:
- Avropa Şurası Antidopinq Konvensiyası üzrə İnsan Hüquqları Ad Hoc Qrupunun Sədr müavini (May 2019cu il tarixindən etibarən)
- Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi üzrə Xüsusi Avropa Komitəsinin gender bərabərliyi məruzəçisi (Oktyabr 2019cu il tarixindən etibarən)
- Avropa Şurası Antidopinq Konvensiyası üzrə Koordinasiya Qrupunun üzvü (May 2019cu il tarixindən etibarən)
Hüquq şöbəsinin müdiri Fərhad Abasov:
- Avropa Şurası Antidopinq Konvensiyası üzrə İfşaedənlərin Müdafiəsi üzrə Ad Hoc Qrupunun üzvü (May 2019-cu il tarixindən etibarən)
Ümumdünya Antidopinq Agentliyi
Direktor Şəfəq Hüseynli:
- Ümumdünya Antidopinq Agentliyinin Milli Antidopinq Təşkilatları üzrə Ekspert Məsləhətçi Qrupunun üzvü (Yanvar 2019-cu il tarixindən etibarən)
Beynəlxalq Test Agentliyi
Dopinq nəzarəti meneceri Nailə Məhərrəmova:
- Beynəlxalq Test Agentliyinin Beynəlxalq Dopinq Nəzarəti İnspektorları üzrə Ekspert Məsləhətçi Qrupunun üzvü (Yanvar 2021-ci il tarixindən etibarən)