AZENG

SUSMA!

Təmiz mübarizə aparan idmançıları və idmanın dürüstlüyünu qorumaqda bizə yardım et. Hər dəfə kimsə dopinq haqqında məlumatı bizimlə paylaşdıqda, biz hamı üçün təmiz və ədalətli yarışa bir addım daha yaxın oluruq.

Bilirik ki, məlumat bildirmək böyük cəsarət tələb edən qərardır – açıq şəkildə bəyan edə bilməyəcəyiniz bir qərar. Buna görə də, ədalətli mübarizə aparmayanlar haqqında məlumat vermə cəsarətinizi və inamınızı alqışlayırıq.

Siz bizə etibarla, biz isə öz növbəmizdə sizin seçiminizə ciddi məsuliyyətlə yanaşırıq. Bu səhifə, antidopinq qaydalarına zidd olan hərəkətləri bildirmək üçün ən təhlükəsiz yoldur.

Əmin ola bilərsiniz ki, şəxsi məlumatlarınızı bizimlə bölüşəcəyiniz halda bu məlumatlar tam məxfi qalacaq.

Nə haqda məlumat verilə bilər?

Dopinqlə mübarizəyə qarşı yönəlmiş hər hansı bir Antidopinq Qayda Pozuntusu və ya hər hansı bir hərəkət yaxud hərəkətsizlik barədə məlumat verə bilərsiniz.

Hər kəs dopinq pozuntusu barədə məlumat verə bilər. Əgər aldatmağa yönəlmiş hərəkət aşkar etmisinizsə, müəyyənləşdirmisinizsə, şahidi olmusunuzsa və ya bu haqda dəqiq məlumat bilirsinizsə, bunu bizə bildirməyinizi xahiş edirik.

Əgər rüşvət, korrupsiya və ya dopinqə aid olmayan hər hansı bir hadisəyə dair məlumatınız varsa, məlumatınızı müvafiq hüquq-mühafizə orqanlarına yönəldin.

Məxfilik

Məxfilik bizim üçün çox həssas məqamdır. Bizə göndərdiyiniz məlumatların məxfi qalmasına əmin olmaq üçün aşağıdakı qaydalara əməl etməyi təklif edirik:

  • Bildirəcəyiniz məxfi məlumatı şəxsi kompyuterinizdən daxil edin.
  • Ümumi internet şəbəkəsinə və ya daxili şəbəkəyə bağlı olan kompyuterdən istifadə etməyin.
  • Əlaqə üçün şəxsi məlumatlarınızı bildirmək istəmədiyiniz halda, yüklədiyiniz hər hansı bir faylın xüsusiyyətlərində şəxsi məlumatlarınızın olmamasını yoxlayın.